27/07/2019 13:14

Dövlət sərhədində gərginlik: Ermənilər DSX-nin hərbi maşının atəşə tutublar – FOTO

Təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.

“AzeriDefence” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatı ilə əlaqədar bildirib.

“Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub”, – deyə DSX-nin məlumatında qeyd olunub.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azər­bay­can-Ermənistan dövlət sər­­hə­dində tə­mas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.