20/06/2019 19:08

Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib

Prezident İlham Əliyev Əli Nağı oğlu Nağıyevi Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Ə. Nağıyev bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini tutub.