22/05/2015 12:00

Dövlət Sərhəd Xidmətinin rəisi Ağstafa, Qazax, Samux və Şəmkir sakinlərini qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ağstafa, Qazax, Samux və Şəmkir rayonlarının sakinlərini qəbul edib.

Xidmətin Mətbuat Mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev mayın 21-də Şəmkir Sərhəd Dəstəsində Ağstafa, Qazax, Samux və Şəmkir rayonlarının sakinlərini qəbul edib.

Qəbul zamanı vətəndaşların xidmətə qəbul, sərhədboyu zonada fəaliyyət göstərən fermer təsərrüfatlarının problemlərinin həll olunmasında köməkliyin, tibbi yardımın göstərilməsi, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinləyib.

Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nın müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.

DSX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbər­lərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq ediblər.