18/04/2013 06:24

DSX Avropa İttifaqının Sərhəd Təhlükəsizliyi Agentliyi ilə müqavilə imzalayıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Frontex Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə “AzeriDefence” Frontexin saytına istinadən məlumat verib.

Frontexin Varşavadakı qərargahında keçirilən imzalanma mərasimində müqaviləni DSX rəisi, general-leytenant Elçin Quliyev və Frontex Аэентлийинin icraçı direktoru İlkka Laitinen imzalayıb.

Müqavilə tərəflər arasında informasiya mübadiləsi, sərhəd idarəçiliyi, habelə sərhəd nəzarəti üzrə birgə əməliyyat tədbirləri, pilot layihələrin hazırlanması və koordinasiya ilə bağlı təhlilləri, təlim və elmi-tədqiqat fəaliyyətlərini əhatə edir. Müqavilədə həmçinin sərhəd-nəzarət prosedurları, müasir texnologiyaların öyrənilməsinə dair təcrübə mübadiləsinin təşkili də yer alır.

Müqavilənin məqsədi Avropa İttifaqına üzv dövlətlər və Azərbaycan sərhəd mühafizəsi arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdir.