03/07/2018 14:54

DSX Azərbaycana çay axını ilə 92 ədəd mobil telefon gətirilməsinin qarşısını alıb

Azərbaycana çay axını ilə qanunsuz mobil telefon gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) “AzeriDefence”yə verilən məlumata görə, son zamanlar dövlət sərhədindən buraxılış mən­tə­qə­lərin­də sərhəd və gömrük nəzarətinin gücləndirilməsi nəticə­sində qa­çaq­malı ölkə ərazisinə gətirə bilməyənlər öz məq­səd­lərinə çat­maq üçün müxtəlif üsul və metodlara əl atırlar.

Belə ki, iyunun 29-da DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə əra­­zi­sinə qanunsuz yolla dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rin­dən kənar gətirilməsinin qarşısı alınıb. Həmin tarixdə saat 23:50 radələrində Gürcüstan ilə dövlət sərhədində Şəmkir sərhəd dəstə­sinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib. Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümu­mi dəyəri, təqribən, 4500 manat təşkil edən 92 ədəd “X-nova” markalı mobil telefon aşkar olunub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.