27/04/2015 17:05

DSX Azərbaycana külli miqdarda narkotikin gətirilməsinin qarşısını aldı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz döv­­­­riyyəsi və qa­­ç­aq­malçılığa qarşı mübarizə tədbirləri nəticəsində dövlət sər­hədindən külli miq­dar­da narkotik vasitələrin qanunsuz yol­­la Azər­bay­can Respublikasına gətirilməsinin qar­­­­şısı alınıb, ümumilikdə 11,4 kiloqrama ya­xın narkotik vasitə qanunsuz döv­riy­yə­dən çıxarılıb.

Belə ki, 17 aprel 2015-ci il tarixdə səhər saat beş radələrində Cə­lilabad ra­­yo­nunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sa­­­hə­sin­də 3 nə­fər­dən ibarət qaçaqmalçı qrup tərəfindən kül­li miq­dar­da narkotik maddə olan 1 kq 920 qram heroinin və 3 kq 260 qram marixuananın Azər­bay­can Res­publika­sına gə­­­­tirilməsinin qarşısı alı­n­ıb.

Sərhəd naryadının qanuni tələblərinə tabe olmayan sərhəd pozucu­larına qarşı sərhəd naryadı tərəfindən silahın tə­li­ma­ta uyğun tət­biqi nəticəsində İran İslam Respublikası vətəndaşı olan sərhəd pozucusu Mehdi Ağaməhəmmədi yaralanıb. Cinayətkar dəs­tənin digər üzvləri havanın qa­ranlıq olmasından və ərazinin rel­yef xü­su­­siyyət­lərindən istifadə edərək hadisə ye­rin­­dən yayınıblar. Ya­ralı sər­həd po­zucusuna zəruri tibbi yardım göstərilmişdir, ha­zır­­da vəziyyəti stabildir.

17 aprel 2015-ci il tarixdə saat 00:20 radələrində Beyləqan ra­­yo­­­nunun Əh­­mə­d­li kəndi ərazisindəki sərhəd zastavanın xidməti sahəsində hə­yata ke­­çirilən digər əmə­liy­yat tədbiri nəticəsində narkotik vasitələrin qeyri-qa­nuni döv­­riyəsi ilə məşğul olan İran İslam Res­publikasının vətəndaşları Məs­rufi Xey­­rulla Məhəmməd oğlu və Mah­mudi Əsgər Yadulla oğlu küllü miq­­dar­da­ narkotik mad­də olan 710 qram ma­ri­xu­a­nanı, 1 kq 990 qram tir­yə­ki və 1 kq­­ 10 qram həşişi Azərbaycan Res­publikası əra­zi­si­nə keçirərkən ya­­xa­­lan­mış­lar. Sərhəd pozucularının üzə­rinə baxış keçirərkən 3 ədəd mo­bil telefon aşkar olu­­­­na­raq götürülüb.

Həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zo­nada həyata keçirilən rejim tədbirləri çərçivəsində 19 aprel 2015-ci il tarixdə Cəlilabad ra­yo­nunun­ Dələli kəndinin ərazisində 1 ədəd bağla­mada küllü miq­­dar­da­ narkotik mad­də olan 1 kq­­ ma­­ri­xu­a­na, 1 kq 500 qram tir­yə­k və 1105 ədəd dərman preparatları aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nə­ti­cəsində cinayətkar qru­­pların digər üz­vüləri İmişli rayon Bəhrəmtəpə kənd sa­kini Abdullayev Bakir Həsən oğlu, Masallı ra­yon sa­kinləri Mansurov Vuqar Tapdıq oğ­lu və Əliyev Murad Hacıəli oğlu mü­əy­yən­ləşdirilərək istintaqa cəlb olun­ublar.

Qeyd olunan faktlarla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İda­­rəsi tə­rə­fin­dən Azərbaycan Respublikası CM-in 318-ci (dövlət sər­hə­di­ni qanunsuz keçmə), 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik va­si­tə­lə­rin­ qanunsuz dövriyyəsi) mad­dələri ilə cinayət işi başlanılmışdır. Saxlanılmış cinayətkar dəstənin üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qə­timkan tədbiri seçilib.

Hazırda həmin cinayət işləri üzrə cinayətin digər iştirakçılarının mü­­­­əyyən edi­lə­rək məsuliyyətə cəlb olunması məqsədi ilə zəruri əməliyyat-is­­­tintaq tədbirləri davam etdirilir.