06/03/2018 16:42

DSX əməkdaşları axtarşıda olan şəxsi yaxalayıblar

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə  axtarışda olan şəxslərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, martın 5-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Gürcüstana keçərkən, axtarışda olan 11.11.1983-cü il təvəllüdlü, Rusiya vətəndaşı Mamedov İntiqam Novruz oğlu Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

2017-ci ildə ölüm hadisəsi törətməkdə şübhəli bilindiyinə görə barəsində axtarış elan olunmuş İ.Mamedov Daxili İşlər Nazirliyinin Tovuz rayon polis şöbəsinə təhvil verilib.