12/03/2018 12:26

DSX əməkdaşları dənizdə köməksiz qalan balıqçıları xilas etdilər

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində nasazlıq yaranmış balıqçı qayığının heyəti xilas edilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, martın 9-da Astara reydində “ŞA-284” bort nömrəli “Yamaha-85” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərə­findən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti mən­tə­qəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilib.

Sahil nəzarəti məntəqəsi tərə­fin­dən cənub istiqamətində xid­mətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanlaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinin həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 2,5 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkarlnıb, küləkli hava şəraitində yedəyə alınaraq sa­hilə çıxarılıb.  Qayıqdakı Astara rayonu Şahağacı kənd sakinləri Quliyev Həsənqulu Ağaqulu oğlu və Nəhmətov Nail Feyzulla oğlu DSX-nin hərbi qulluqçuları tərəfindən xilas edilib.