18/05/2018 15:33

DSX əməkdaşları dövlət sərhədini pozan şəxsi saxlayıblar

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

Sərhəd pozucusunun tutulduğu əraziyə baxış keçirilərkən 1 qutuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub.

Sərhəd pozucusunun İran vətəndaşı 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İran a qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.