26/11/2014 10:34

DSX Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinə yeni bina tikilir

Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binasının təməl qoyma mərasimi keçirilib.

Müasir memarlıq üslubunda 0,6 hektar ərazidə inşa ediləcək inzibati binada şəxsi heyətin xidməti fəaliyyəti, tədrisi və istirahəti üçün yüksək şəraitin yaradılması nəzərdə tutulur.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini– Maddi Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor İsmayıl Əkbərov iştirak edib.