07/11/2018 15:43

DSX ilə AMEA arasında niyyət sazişi imzalanıb – FOTO

Noyabrın 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında Dövlət Sərhəd Xidməti ilə Milli Elmlər Akademiyası arasında “Niyyət Sazişi”nin imzalanması mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Niyyət Sazişində AMEA-nın Yük­sək Texnologiyalar Parkında dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahların, döyüş sursatlarının, mühəndis-texniki sistemlərin və qoruyucu hərbi geyim formalarının hazırlanması üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.

Sənədi imzalayan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tədbir iştirakçıları qarşısında çıxış edərək dövlət sərhədlərinin etibarlı mühafizə­si­nin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhə­miyyət kəsb etməsini vurğulaıb və birgə fəaliyyətin uğurlu da­vamı sayəsində qarşıya qoyulan məqsədlərin gerçəkləşəcəyinə əminliklərini ifadə ediblər.