10/08/2018 21:35

DSX ilə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında saziş imzalanıb

Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında saziş imzalanıb.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sözügedən sazişin imzalanması Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimində həyata keçirilib.

“Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təlimi haqqında Saziş”i Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, Sərhəd Qoşunlarının komandanı Rəcəbəli Rəhmonəli imzalayıblar.