05/10/2018 15:28

DSX ilə Tacikistan Sərhəd Qoşunları arasında imzalanmış saziş təsdiq olunub

Prezident İlham Əliyev Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) ilə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) arasında Tacikistan MTDK-nin Sərhəd Qoşunlarının hərbi qulluqçularının Azərbaycan DSX-nin Akademiyasında təhsil almaları haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Fərmana əsasən Azərbaycan DSX ilə Tacikistan MTDX arasında Tacikistan MTDX Sərhəd Qoşunlarının hərbi qulluqçularının Azərbaycan DSX-nin Akademiyasında təhsil almaları haqqında 2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.