07/01/2019 15:37

DSX: İrandan Azərbaycana narkotik vasitə gətirən şəxslər saxlanılıb

Yanvarın 2-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşları 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçiri­lərkən daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan “heroin” aşkar olunub.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Azərbaycan vətəndaşı Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Məmmədov Danil Səfərəli oğlu saxlanılıb.

Fakt üzrə cinayət işi başlanılıb, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində “həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.