15/08/2019 15:03

DSX İsraildən yeni PUA-lar alıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) İsrailin “Elbit Systems” şirkətindən “Skylark” mini pilotsuz uçuş aparatları (PUA) alıb.

“AzeriDefence”nin məlumatına görə, “Skylark” PUA-nın nümunələri ilk dəfə avqustun 14-də Dövlət Bayraq Meydanında DSX-nin təşkil etdiyi məraimdə ictimaiyyətə sərgiləyib.

Buna qədər DSX silahlanmasındakı “Elbit Systems” şirkətinin istehsalı olan “Hermes-450” və “Hermes-900” PUA-larını və “SkyStriker” kamikadze PUA-nı, həmçinin İAİ şirkətinin istehsalı olan “Harop” kamikadze PUA-larını nümayiş etdirib.

Qeyd edək ki, “Skylark” mini PUA-nın uçuş məsafəsi 60 kilometrədəkdir.