16/08/2014 15:47

DSX əməkdaşlarına fəxri adlar verilib

Azərbaycan prezidenti Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi barədə sərəncam imzalayıb. Bu barədə “AzeriDefence” prezidentin rəsmi saytına istinadən məlumat verib.

Prezidentin sərəncamı ilə Dövlət Sərhəd Xidmətində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Vidadi Əsgər oğlu Rzaquliyevə “Əməkdar mühəndis”, Dövlət Sərhəd Xidməti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsində xidmətlərinə görə Elçin Zaur oğlu İbrahimova “Əməkdar hüquqşünas” fəxri adı verilib.