31/07/2012 10:27

DSX-nin Akademiyası tələbə qəbulu üçün müsabiqə keçirir

TQDK Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, 2012/2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış abituriyentlərin Dövlət Sərhəd Xidmətinin Akademiyasının boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir. Bu barədə “AzeriDefence” TQDK-ya istinadən məlumat verib.

Müsabiqə uçuş mühəndisliyi, gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, mexanika mühəndisliyi ixtisasları üzrə aparılacaq.

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq arzusunda olan namizədlər iyulun 30-dan avqustun 4-dək tələb olunan sənədlərlə DSX aparatının inzibati binasına (ünvan: Zərifə Əliyeva küçəsi, 30; tel: (012) 498 01 43) müraciət edə bilərlər.