14/06/2019 11:05

DSX-nin döyüş şəraitində xidmət edən hərbi qulluqçularının bir xidmət ili iki il sayılacaq

Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının

rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarında dəyişiklik edib.

Bu barədə “AzeriDefence”yə Nairlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qərara əsasən bundan sonra Dövlət Sərhəd Xidmətinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularının bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanacaq.

Qeyd edək ki, DSX hərbi qulluqçuları 2016-cı ilin aprel döyüşlərində iştirak ediblər. 2018-ci ilin sonlarından DSX Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində, bilavasitə döyüş şəraitində mühafizəsini təşkil edir.