16/08/2019 16:48

DSX-nin əməkdaşlarına fəxri adlar verilib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 1 nəfər əməkdaşına “Əməkdar müəllim”, 2 nəfərə “Əməkdar həkim”, 2 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, 2 nəfərə isə “Əməkdar mühəndis” fəxri adı verilib.