16/08/2019 16:34

DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Sərəncamla general-mayor Abbas Sultan oğlu Xəlilov və general-mayor Ehram Arif oğlu Hacıyevə general-leytenant, polkovnik Ramin Sabir oğlu Bağırova general-mayor, 1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasov və Ziyad Balakərim oğlu Ağayevə kontr-admiral ali hərbi rütbələri verilib.