16/08/2018 13:43

DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Sərəncamla general-mayor Əsgər Sabir oğlu Xəlilov və Əfqan Vəli oğlu Nağıyevə general-leytenant, polkovniklər – Azər Oqtay oğlu İbrahimov, Ayaz Əvəz oğlu Hüseynov və Rəsul Afiq oğlu Tağıyevə general-mayor ali hərbi rütbəsi verilib.