16/08/2018 13:59

DSX-nin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Sərəncama əsasən uzunmüddətli səmərəli fəaliyyətinə görə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu mayor Səməd Vəkilova, mülki işçilər Tural Ağasıyev və Fərid İbrahimova  “Əməkdar artist”, İlhamə Məmmədovaya “Əməkdar müəllim”, tibb xidməti polkovnik-leytenantı Vəfa Ağayevaya “Əməkdar həkim”, mülki işçi Azər Həmzəyevə “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Samir Abasquliyevə “Əməkdar mühəndis”, baş gizir Cavahir Hacıxanovaya “Əməkdar tibb işçisi” fəxri adları verilib.