21/09/2019 11:16

DSX-nin Qazaxdakı mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, sentyabrın 20-si saat 13:20 radələrində sərhəd döyüş mövqeləri və təminat yollarının salınması ilə məşğul olan ekskvator düşmən tərəfindən atəşə tutulub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdu.