09/08/2019 12:46

DSX-nin silah və hərbi texnikaları Bakıda ictimaiyyətə nümayiş etdiriləcək

Avqustun 14-də Bakı şəhərində də­niz­kənarı milli parkda bayraq meydanının yaxınlığında “Azərbaycan Sərhəd Mü­ha­fizəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bayram tədbirində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində inkişafı və əldə etdiyi xidməti nailiyyətlər haqqında ictimaiyyət geniş məlu­matlandırılacaq, şəhər sakinlərinə, xüsusən də gənclərə və yeniyetmələrə Azər­baycan Respublikasının dövlət sərhədləri, sərhəd mühafizə tarixi, dövlət sər­hə­dinin mühafizəsində tətbiq olunan hərbi və döyüş texnikası, silahlar və xüsusi sər­həd mühafizə avadanlığı haqqında geniş məlumat veriləcək.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin döyüş və zirehli texnikası, uçuş vasi­tələri, pilotsuz uçan aparatları, sərhəd gözətçi gəmiləri, ən müasir silah və sur­sat­ları, sərhəd mühafizə və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin müha­fizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texni­kası nümayiş olunacaq, tədbir iştirakçılarına hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq, onların üzərində şəkil çəkdirmək, səhra mətbəxində əsgər yemə­yin­dən dadmaq, interaktiv tirdə atəş açmaq, qısa müddət ərzində özlərini sərhədçi kimi hiss etmələri üçün şərait yaradılacaq.

Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin nümu­nəvi hərbi orkestri, rəqs ansamblı və “NUR” vokal-instrumental qrupu geniş konsert proqramı ilə çıxış edə­cək­.

Saat 09:00-dan 14:00-dək keçiriləcək tədbirə giriş sərbəstdir.

Dövlət Sərhəd Xidməti şəhər sakinlərini və paytaxtımızın qonaqlarını bu təd­bir­də iştirak etməyə dəvət edir.