04/06/2018 11:26

DSX qadınların hərbi xidmətə qəbulunu elan edib – VİDEO

Dövlət Sərhəd Xidməti ali təhsilli, 2 xarici dil bilən və yaşı 25-dək olan Azərbaycan Respublikasının qadın vətəndaşlarının həqiqi hərbi xidmətə qəbulunu elan edir.

“AzeriDefence” xəbər verir ki, namizədlərin xarici dil bilikləri peşəkar mütəxəssislər tərəfindən qiymətləndiriləcəkdir. Xidmətə qəbul olmaq istəyən vətəndaşlar Dövlət Sərhəd Xidmətinin aparatına müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri Səbail rayonu Z.Əliyeva küçəsi 30.
Əlaqə telefonu: 493-62-47