04/03/2015 14:15

DSX qadınların hərbi xidmətə qəbulunu elan edib

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) qadınların hərbi xidmətə qəbulunu elan edib.

“AzeriDefence”nin məlumatına görə, yaşı 25-ə qədər olan, ali təhsilli, xarici dil bilən xanımlar DSX sıralarında həqiqi hərbi xidmətə qəbul olunacaqlar.

Maraqlananlar DSX-nin Mərkəzi Aparatına (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30. Tel: 493-62-47) müraciət edə bilərlər.