19/03/2016 21:32

DSX rəisi əsgər valideynləri ilə görüşdü – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı general-polkovnik Elçin Quliyev Yevlax qarnizonunda təşkil olunan “Valideyn günü”ndə iştirak edib.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə çıxış edən general-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd mühafizəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Bu çərçivədə son illərdə dövlət sərhədlərində yeni qarnizonların, zərhəd komendaturalarının və zastavaların, digər infrastrukturların inşa edildiyini deyib.

E. Quliyev şəxsi heyəti və qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib.

Tədbirdə dövlət başçısı tərəfindən göstərilən ali diqqət və qayğı nəticəsində sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində qazanılan uğurlar haqqın­da valideynlərə ətraflı məlumat verilib, əsgərlərin müddətli hərbi xidməti dövründə valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb, sərhədçilərin  xidməti şəraiti barədə qonaq­ların fikirləri dinlənilib.

Xidmətdə fərqlənən əsgərlər Fəxri Fərmanlarla, “Xidmətdə fərq­lən­miş sərhədçi” döş nişanları ilə, Döyüş Bayrağı önündə çəkilən fotoşəkillərlə, qiy­mət­li hədiyyələrlə təltif olunub. Onların vali­deynlərinə «Təşəkkür məktubları» təqdim edilib.

Valideynlər əsgərlər üçün yaradılmış xidmət şəraiti ilə tanış olublar. Valideynlərlə görüşən DSX rəisi onların fikirlərini və təkliflərini dinləyib.

E. Quliyev və valideynlər əsgərlərlə birlikdə nahar edib. Tədbir Novruz bayramı münasibəti ilə təşkil edilmiş konsert proqramı ilə başa çatıb.

photo_20160320115102

photo_20160320115047

photo_20160320114827

photo_20160320115031

photo_20160320115011

photo_20160320114925

photo_20160320114909

photo_20160320114845

photo_20160320114810

photo_20160320114752

photo_20160320114734

photo_20160320114715

photo_20160320114634