25/07/2019 11:52

DSX rəisi Qazax və Ağstafada sərhəd mühafizəsini yoxladı – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX-ninSərhəd Qoşun-larının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

DSX – nin mətbuat mərkəzindən “Azeri Defence”yə verilən məlumata görə, general-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

DSX-nin yayımladığı fotolardan göründüyü qədər general-polkovnik Elçin Quliyev bölgəyə səfəri zamanı Keşikçidağdakı sərhəd məntəqəsinə də baş çəkib.