29/06/2015 16:48

DSX rəisi Xaçmazda vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev iyulun 9-da Xaçmaz şəhərində Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları iyul ayının 7-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirməlidirlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.