16/08/2014 15:44

DSX rəisinin iki müavininə general-leytenant hərbi rütbəsi verilib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusuna general-leytenant ali hərbi rütbəsinin verilməsi barədə sərəncam imzalayıb. Bu barədə “AzeriDefence” prezidentin rəsmi saytına istinadən məlumat verib.

Prezidentin sərəncamları ilə Dövlət Sərhəd Xidməti rəisinin müavini
Rəşad Heydər oğlu Sadiqova və Asif Mikayıl oğlu Cəbrayılova general- leytenant hərbi rütbəsi verilib.