28/11/2019 09:57

DSX Sahil Mühafizəsində “Valideyn Günü” keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində “Valideyn gün­ü” keçirilib.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, tədbirdə hərbi hissənin rəhbərliyi, rayоn icra hakimiyyəti nümayəndələri və əsgər valideynləri iştirak ediblər. Keçirilən tədbirdən öncə qonaqlara hərbi hissənin yaranma tarixi və bu günkü fəaliyyəti haqqında ümümi məlumat verilib.

Valideynlərlə əsgərlərin şəxsi görüşləri keçirildikdən sonra qonaqlar hərbi hissədə yaradılmış xidmət və məişət şəraiti ilə tanış olublar.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qo­run­­ması, Azər­baycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xid­mətlərini, böyük dövlət xadiminin müəy­yən­ləş­dirdiyi milli sərhəd strate­giyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusilə qeyd edilib.

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərli­yinə min­nət­dar­lıq­la­rı­nı bildirib və övladlarına öz tövsiyələri­ni veriblər.

Bir qrup hərbi qulluq­çu fəхri fərmanla, qiymətli hədiyyə ilə mükafatlandırılmış, xiudmətdə fərqlənmiş hərbi qulluqçu­ların valideynlərinə “Təşəkkür məktubları” təqdim olunub.