29/02/2016 15:16

DSX Sahil Mühafizəsinin ilin yekunlarına həsr olunan müşavirəsi keçirilib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin 2015-ci ildə xidməti-döyüş fəaliy­yətinin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunan müşavirəsi keçirilib.

DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, müşavirə fevralayının 27-də DSX Aparatında keçirilib. DSX rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev müşavirədə çıxış edərək ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi yolu ilə irəliləyən dövlətin hərbi qüdrətinin əhəmiyyətli dərəcədə yük­səl­diyini, bütün sosial və infrastruktur layihələrinin müvəffəqiyyətlə icra olunduğunu qeyd edib.

Xidmətin Sahil Mühafizəsinin yaranması və inkişafı tarixinə qısa nəzər salınan müşavirədə ümummilli lider Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində lazımi texniki imkanların yaradılması və dəniz sərhədlərimizin mühafizəsinin təmin edilməsi, prezident İlham Əliyevin sərəncamına əsasən 2005-ci ilin fevralında DSX-nin Sahil Mühafizəsinin yara­dılması, 2008-ci ilin noyabrında Sahil Mühafizəsinin yeni bazasının, 2014-cü ilin iyulunda Gəmi İnşası və Təmiri Mərkəzinin istifadəyə verilməsi, Xəzər dənizində dövlət maraqlarımızı ən yüksək səviyyədə təmin etməyə qadir olan mükəmməl quruma çevrilməsi və hazırda hər cür hava şəraitində dövlət sərhədini qorumaq imkanlarına malik olması xüsusi qeyd olunub.

Müşavirədə vurğulanıb ki, son illərdə dəniz sərhədlərimizin daha etibar­lı qorunması məqsədilə bir sıra struktur dəyişiklikləri həyata keçirilib, Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi təmin olunub. Tam peşəkar heyətlə kom­plektləş­dirilmiş Sahil Müha­fizəsi hazırda dövlət maraq­larımızın qo­runması və təhlükəsizliyin təmin edilməsi üçün mükəmməl və müasir tələblərə cavab verən infrastruktura malikdir. Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə bilavasitə müsbət təsir gös­tərir. Şəxsi heyətin ekstremal şəraitdə peşə vərdişlərinin və döyüş hazırlığının yüksək səviyyədə olmasına xidmət edən müxtəlif mövzulu döyüş və taktiki təlimlər müvəffəqiyyətlə keçirilir.

Dəniz sərhədlərinin daha müasir və səmərəli mühafizə sis­teminin yaradıl­ması üçün məqsədyönlü işlər görülüb, sərhəd gözətçi gəmi­lərinin sualtı mühafizə imkanları gücləndirilib, 113 nəfər dəniz sərhədçisi xarıci ölkələrdə kurslara cəlb olunub, yeni gəmilər üçün idarəetmə heyətləri hazırlanıb, tətbiq edilən texnikanın istifadə qay­dalarının öyrənilməsi məqsədilə, eləcə də digər mövzularda Sahil Mühafi­zəsinin Tədris Mərkəzində çoxsaylı təlimlər təşkil edilib, kurslar keçirilib.

Müşavirədə əlavə edilib ki, Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş vahidlərinin sayının artırılması nəticəsində xidməti sahənin ərazisi xeyli genişlənib. Sahilboyu texniki mü­şahidə məntəqələri şəbəkəsinin yaradılması, dənizdə operativ vəziyyəti açıqlamaq, xilasetmə və dəniz sər­hədlərinin mühafizəsinin kompleks həyata keçirilməsi məqsədilə «SONAR» sualtı akustik sisteminin quraşdırılması, mərkəzləş­dirilmiş idarəetmə sisteminin təş­kil edilməsi, dəniz sərhədlərinin mühafi­zəsinə aviasiya qüvvə­lərinin daha səmərəli şəkildə cəlb edilməsi işləri günün aktual məsələləridir.

Toplantıda qeyd edilib ki, DSX-nin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində az vaxt ərzində altı ədəd üçüncü dərəcəli və bir ədəd ikinci dərəcəli sərhəd gözətçi gəmisi inşa olunaraq döyüş sıralarına daxil edilib. Sərhəd gözətçi gəmiləri, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, müşahidə sistemləri, hidroakustik qurğularla təchiz ediliblər.

Müşavirədə məruzə edən DSX-nin Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev 2015-ci ildə dənizdə dövlət sərhədinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana aid hissəsində bioloji re­surs­ların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmər­lərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqra­siyaya, qaçaqmalçılığa və brokonyerliyə qarşı mübarizə, eləcə də döyüş hazırlığının yüksəldilməsi, hərbi inti­zamın möhkəm­lən­dirilməsi istiqa­mə­tin­də qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyini bildirib.

Ötən il Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və AR-ə məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. İl ərzində DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib. Sərhəd sularında keçirilən rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.

Hazırda dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsiri barədə müşavirədə geniş danışılıb, mövcud şəraitin bütün fəaliyyət istiqamətlərində yeni yanaşmalar tələb etdiyi qeyd olunub, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyən­ləşdirilib.

Müşavirədə DSX-nin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilib, xidməti-döyüş fəaliyyətinin daha da yüksəl­dilməsi, döyüş hazır­lığının möhkəmləndirilməsi istiqamətində zəruri göstərişlər verilib.

 

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

6