30/07/2019 13:53

DSX Sərhəd Qoşunlarının strukturunda dəyişiklik edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının strukturunda dəyişiklik edilib.

“Azeri Defence”nin məlumatına görə, dəyişikliklə Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsi əlahiddə sərhəd diviziyasına çevrilib.

Qeyd edək ki, “Qazax” sərhəd dəstəsi 2018 – ci ilin noyabr ayından Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində mühafizəsini həyata keçirir.