06/04/2018 12:31

DSX tərəfindən son üç ayda barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədində saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2018-ci ilin birinci 3 ayı ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd nəzarəti və əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi sayəsində önəmli nəticələr əldə olunub.

DSX-nin mərbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, İnterpolun axtarışında olan, həmçinin Azərbaycan Respublikasının hüquq – mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədindəki buraxılış məntəqələrində müəyyən edilərək saxlanılıb.

Dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edən 76 nəfər saxlanılmış, onlardan 29 nəfəri Azərbaycan vətəndaşıdır. 47 nəfər əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan ərazisinə gəlmə və ölkə ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınıb, gəlişinin məqsədini izah edə bilməyən 101 nəfər əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimal edilərək arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxılmayıb.

Qeyd olunan dövr ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 29 nəfər əcnəbinin, o cümlədən 17 nəfər Özbəkistan vətəndaşı, 3 nəfər Tacikistan vətəndaşı, 2 nəfər İran vətəndaşı, 2 nəfər Qırğızıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nəfər Konqo vətəndaşı, 1 nəfər İordaniya vətəndaşı, 1 nəfər Rusiya vətəndaşının sərhədkeçmə sənədlərinin saxta olması müəyyən edilib.

Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etməklə saxta viza və yaşamaq barədə vəsiqələrlə Avropaya səfər etməyə cəhd edən 18 nəfər əcnəbi, o cümlədən 8 nəfər Şri-Lanka, 3 nəfər Pakistan, 2 nəfər İran, 2 nəfər İraq, 2 nəfər Hindistan, 1 nəfər Konqo vətəndaşı saxlanılıb.

Bu müddət ərzində ölkəyə gəlmək məqsədlərini izah edə bilmədiklərinə görə 27 nəfər Özbəkistan, 20 nəfər Pakistan, 18 nəfər Hindistan, 8 nəfər Şri-Lanka, 5 nəfər Qırğızıstan, 4 nəfər İran, 4 nəfər Tacikistan, 3 nəfər Banqladeş, 2 nəfər BƏƏ, 2 nəfər İraq, 2 nəfər Əfqanıstan, 2 nəfər Qana, 1 nəfər Konqo, 1 nəfər Səudiyyə Ərəbistanı, 1 nəfər Suriya, 1 nəfər Misir vətəndaşı ölkə ərazisinə buraxılmayıb.