27/02/2018 10:28

DSX: Xəzər dənizi vasitəsilə Azərbaycana narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb

Xəzər dənizi vasitəsilə Azərbaycana narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

2017-ci ilin fevral ayının 23-də Astara rayonu ərazisində DSX Sahil Mühafizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd sularına daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub.

Üzmə vasitəsinin Azərbaycanın sərhəd sularında hərəkət və dayanma koordinatları üzrə su səthinə baxış keçirilib, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb. Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şəklində heroinə oxşar maddə aşkar olunub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.