26/05/2012 09:49

DSX Xəzərdə İran-Azərbaycan dövlət sərhədindəki vəziyyətlə bağlı məlumat yayıb

Dövlət Sərhəd Xidməti (DSX) İran İslam Respublikasına məxsus hərbi gəmilərin Azərbaycanın dövlət sərhədlərində manevrlər etməsi ilə bağlı mətbuatda gedən məlumatlara dair rəsmi açıqlama verib.“AzeriDefence”in DSX-nin internet saytına istinadən verdiyi məlumata görə, açıqlamada bildirilib ki, son günlərdə bir sira elektron informasiya vasitələrində İran İslam Respublikasına məxsus hərbi gəmilərin Azərbaycan Respublikasının dəniz sərhədlərində düzülməsi və hərbi manevrlər etməsi barədə məlumatlar yayılıb. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bildirir ki, bu məlumatların heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.

Azərbaycanla İran İslam Respublikasının dəniz sərhədlərində sərhəd mühafizəsi həmişəki qaydada həyata keçirilir, xidmət və əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur.