27/03/2017 20:32

DTX-nin dörd əməkdaşına general-mayor ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları – polkovniklər Rauf Xələfov, İlqar Musayev, Sahib Nağıyev və Asif Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib.