25/05/2019 12:49

DTX rəisi: Azər­bay­cana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə layihələr planlaşdırılır

“Mən də burada (Dövlət Sərhəd Xidmətinin binasında – red) durarkən çox ağır hisslər keçirirəm”.

“AzeriDefence”nin məlumatına görə bunu Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi gene­ral-polkovnik Mədət Quliyev bildirib.

Babası Mədət Qulubəylinin 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriy­yətinin  polisində xəfiyyə işlə­diyini qeyd edən DTX rəisinin sözlərinə görə, 1920-ci ildə Azərbaycan Qızıl Ordu tərəfin­dən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində işləyib: “Gəncənin, Xanla­rın, Samurun, Qasım İsmayılın rəisi olmuşdur və 1930-cu ilin noyabrın 28-də Gən­cədə o, saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi bura­da durduğum və yaxud kimsənin durduğu yerdə onu orada qətlə yetiriblər, həyatını dəyişib”.

“Mən bu barədə yox, mən reallıqdan, bugünkü real­lıq­dan danış­maq istəyirəm. Biz bura gələndə bəzilərimiz fikirləşə bilərdik ki, bu 30-cu illər­də, 40-cı illərdə oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabır­cılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil. Heydər Əliyev bir neçə il ərzində Naxçıvan­da yaşadı. Paytaxtı biz Hey­dər Əliyevsiz gördük, 1988-1993-cü illərdə Azər­baycanda o fəlakəti gördük, o böhranı gördük, hərc-mərcliyi gördük, biabır­çılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq is­təyən əlinə tapanca alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi. Belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı”, – deyə M. Quliyev vurğulayıb.

4 iyun 1993-cü ildə Gəncədə özünün şahidi olduğu hadisələri xatırladan DTX rəisi bildirib ki, belə bir çətin anda xalq meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb edib: “Bəlkə də indi, o vaxtı hər cürətli adam, Azərbaycana  gəlməzdi. Ar­tıq mən bu vəzifədən görürəm ki, on­lar, o siyasi dəstələr də digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunan o qruplar idi və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi. Belə bir an Ulu Öndər öz ailəsinin də, özünün də canını təhlükə altına qoy­du, Azərbaycana qayıtdı və Azərbaycanı tərəqqi yoluna qoydu. Bu gün ba­nisi olan, Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə biz yaşayırıq. Azər­bay­canı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik, amma biz reallıq­da yerləşdiyimiz qonşu dövlətlərlə özümüzü müqayisə etməliyik, biz onlardan qat-qat üstünük. Azərbaycanın hər cürə təminatı və ən əsası da odur ki, bizim Ulu Öndər tərəfindən böyütdüyü, tərbiyə etdiyi, yaratdığı bir siyasətçi – möhtərəm prezi­dentimiz İlham Əliyev cənab­ları Azərbaycana müdrüklüklə, peşəkar­lıqla rəhbərlik edir.

Mən  məlumatlar alıram, hər gün səhər–səhər mənə məruzələr olur, bu ki­mi layihələr Azər­bay­cana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq. Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısın­da biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezi­dentimizə minnətdar olmalıyıq”.