14/11/2017 12:35

“Dubai Airshow-2017”: Pakistan JF-17 “Thunder” üçün iki fərqli AESA radarını nəzərdən keçirir

Foto: AzeriDefence

Pakistan JF-17 “Thunder” döyüş təyyarəsi üçün AESA radarının seçimində iki varianta baxır.

Bu barədə “AzeriDefence”yə “Dubai Airshow-2017” beynəlxalq aviaşousunda iştirak edən Pakistan Aeronautical Complex (PAC KAMRA) bildirilib.

Nəzərdən keçirilən variantlarda Çinin CETC şirkətinin istehsalı olan KLJ-7A və İtaliyanın “Leonardo” şirkətinin “Grifo” radarları yer alır. Konkret seçim sifarişçinin istəyinə bağlı olacaq.

PAC rəsmiləri təyyarənin Blok III modifikasiyasının ən tez 2019-cu ilə hazır olacağı ehtimal edirlər. Təyyarənin bu versiyasının silahlanmasında Mk83 bombaları və REK yönləndirmə dəsti ilə təchiz edilmiş Mk84 bombaları hesabına daha da genişlənəcək.

Şirkət rəsmilərinin sözlərinə görə, artıq təyyarələrin istifadəsinə Türkiyənin ASELSAN şirkətinin istehsalı olan ASELPOD hədəfləmə sistemləri da daxil edilib.