03/02/2017 22:06

Dünya hələ də düşünür: Amerikanın “stels” təyyarəsi köhnə sovet silahıyla necə vuruldu ? – MARAQLI

NATO-nun həyata keçirdiyi ən böyük hava əməliyyatlarından biri 24 mart 1999-cu il tarixində keçmiş Yuqoslaviyada olub. Yuqoslaviya müharibəsi başlanarkən NATO Serbiya Silahlı Qüvvələrinə Kosovo və Metoxiyanı tərk edib, NATO qoşunlarının orada yerləşdirilməsinə izin verməsi barədə ultimatum verdi. Lakin serblər bu ultimatumu qəbul etmədilər. Müharibə zamanı əsasən aviabombardmanlara üstünlük verən NATO bu əməliyyatlara 500-dən çox hərbi təyyarə cəlb etmişdi.

Bu müharibə təbii ki Serbiyanın ağır itkiləri və məğlubiyyəti ilə yekunlaşdı. Lakin döyüşlər zamanı serblər ABŞ-a məxsus, radara görünməyən F-117 “stels” döyüş təyyarəsini vuraraq başda ABŞ olmaqla, NATO-nu xəyal qırıqlığına uğrada bildilər. Özü də ABŞ-ın “stels” döyüş təyyarəsi SSRİ-nin 1960-1970-ci illərdə istehsal etdiyi P-12 tipli radarla təsbit edilərək, MiQ-21 təyyarəsi və S-125 raketlərinin köməyi ilə vurulmuşdu.

Şərq və qərb texnologiyalarının savaşı

NATO-nun Yuqoslaviyada keçirdiyi əməliyyatlar həm də Çin, Rusiya və ABŞ arasında texnologiya yarışması kimi yadda qalıb. Bir tərəfdə Amerika HHQ-nin radara görünməyən F-117 təyyarələri, digər tərəfdə isə Rusiya və Çinin dəstəklədiyi Serbiya Silahlı Qüvvələrinin radar sistemləri, S-125 zenit raket kompleksi ilə dayanırdı.

_63938802_daleandzoltanhandshake

Amerikalı pilot Dale Zelko və serb polkovnik Zoltan Dani

ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan F-117 “Nighthawk” təyyarəsi havadan müdafiə sistemlərinə görünmədən hərbi infrastrukturun, strateji vacib yerüstü obyektlərə (raket bazaları, aerodromlar, idarəetmə və rabitə mərkəzləri və s.) hucum etmək üçün nəzərdə tutulub. Tək pilotlu döyüş təyyarəsi ilk uçuşunu 1981-ci il iyunun 18-də edib. Indiyədək F-117 təyyarəsindən 64 ədəd istehsal edilib. Son təyyarə partiyası ABŞ Hərbi Hava Qüvvələrinə 1990-cı ildə təhvil verilib. Bir sıra hərbi münaqişələrdə F-117 uğurla tətbiq olunsa da təyyarələr 2008-ci ilin ortalarında silahlanmadan tamamilə çıxarılıb.

Əməliyyatlar başladıqdan sonra böyük əksəriyyəti İtaliyadaki aviabazalardan qalxan NATO təyyarələri Serbiyadakı hədəfləri vururdu. Serbiya Silahlı Qüvvələri də öz növbəsində bu döyüşlərdə F-117 təyyarəsini vurmağı qabaqcadan planlaşdırmışdı. İddiaya görə əməliyyatı təşkil edən NATO qərargahında bir fransız zabiti Rusiyaya casusluq edərək təyyarənin uçuş planı və hədəfləri barədə əvvəlcədən xəbər ötürüb. Rusiya da bu məlumatı Serbiya Silahlı Qüvvələrinə bildirib.

Digər bir iddia isə F-117 təyyarələrinin uçduğu bölgədə ağ-qara görüntülü televizorlarda efir problemlərinin yaşanması və dalğaların qarışması göstərilir. Iddialara görə, bunu çinlilər təsbit edərək serbləri məlumatlandırıblar. Hammı yaxşı bilirdi ki, bir NATO təyyarəsinin məhv edilməsi, üstəlik F-117 kimi çətin bir hədəfin vurulması ciddi bir sensasiya yaradacaqdı.

bosnia

F-117 təyyarəsini polkovnik Zoltan Daninin komandiri olduğu 250-ci zenit-raket briqadası gözləyirdi.

Təcrübəli pilot polkovnik-leytenant Dale Zelko martın 27-də F-117 zərbə təyyarəsi ilə İtaliyanın “Aviano” aviasiya bazasından Serbiyanın paytaxtı Belqrad şəhəri yaxınlığındakı strateji əhəmiyyətli obyektləri məhv etmək üçün havaya qalxır. D. Zelko lazer başlıqlı idarə olunan aviasiya bombasını hədəfə atmalıydı.

Axşam 20:00-da Serbiyanın hava sahəsinə yaxınlaşan 806 nömrəli F-117 təyyarəsi hədəfə az məsafə qaldığı üçün gövdə qapaqlarını açaraq içəridəki lazer başlıqlı aviabombaları hədəfə doğru buraxır. Radara düşməyən F-117 bu qapaqların açılmasıyla üç ədəd klassik Sovet istesalı P-12 radar stansiyasının kəsişməsində təsbit edilir. Təyyarə xarici aerodinamik quruluşunu pozan qapaqların açılmasıyla təxminən 15 km məsafədən radarla təsbit olunur və anında F-117-nin arxasınca bir MiQ-21 döyüş təyyarəsi havalanır.

plane1MiQ-21 təyyarəsinin pilotu iki ədəd “hava-hava” tipli idarə olunan R-60 raketi ilə F-117 təyyarəsinə atəş açır. Mərmilərdən biri F-117-dən yan keçsə də, digəri sol mühərrikə dəyir. Daha sonra MiQ-21 pilotu təyyarənin topu ilə atəş açmağa başlayır. Atəşlərdən yayınmaq üçün manevrlər edən F-117 təyyarəsinə yerə doğru hərəkət edərkən S-125 zenit-raketi kompleksindən ilk raket, 17 saniyə sonra isə ikinci raket atılır. F-117-nin pilotu səmada bir anda parlaqlıq görür və mərmidən yayınma manevrləri səmərəsiz olduğunundan katapult edərək təyyarəni tərk edir. F-117 “Nikinci” hərbi bazasına 7 km, Budjanoviç kəndi yaxınlığında yerə çırpılır. D.Zelko gözünü açdığında paraşütü açılmış və oturacağından ayrılmışdı. Pilot siqnal sisteminə nəzarət edərək NATO qüvvələri ilə rabitə əlaqəsi yaradır.

Serb komandirin xatirələri

Polkovnik Z. Dani müsahibəsində F-117 təyyarəsinin vurulmasında MiQ-21 təyyarəsinin iştirak etmədiyini deyir.

Polkovnik Daninin sözlərinə görə, NATO təyyarələrinə əməliyyat zamanı EA-6 “Prowler” radioelektron kəşfiyyat təyyarələri dəstək verirdi. Bu da serb radarlarını və ZRK-ni iflic edir, fəaliyyətinə mane olurdu. Z.Dani casus informasiyasının mövcud olduğunu və təyyarəni vurmaq üçün fərqli taktika seçdiyini söyləyir.

Belə ki, saat 19:50-də NATO təyyarələrinin hücumu başlayır. “Aviano” bazasından qalxan 4 ədəd F-117 təyyarəsi Belqrada doğru istiqamət götürür: Təyyarələr Serbiyanın hava sahəsinə girdikdə radarların və zenit-raket batareyalarının yerinin aşkarlanıb vurulmaması üçün radarları qısa zaman kəsiyində – 20 saniyə intervalla iki dəfə işə salıb və qapatdım. Ilk iki işıqlandırmada heç bir hədəfə kilidlənə bilmədik. Üçüncü işıqlandırmada 8 km hündürlükdə və 13 km uzaqlıqda hədəfə klidləndik. Zamanı dəyərləndirərək avtomatik olaraq birinci raketi, ardından 20 saniyə sonra ikinci raketi buraxdıq və radarı söndürdük”.

Pilotun evakuasiyası

NATO-nun hava əməliyyatlarında baş verən qəzalar zamanı uçuş heyətini qurtarmaq üçün hərbi bazalarda hazır vəziyyətdə olan MH-53M, MH-53J və MH-60 tipli üç helikopterdəki CSAR adlandırılan xüsusi təyinatlılar düşmən torpaqlarına girib pilotu xilas etməliydi. P. Zelkonun təyyarədən tullanmasından dərhal sonra, helikopterlər bölgəyə doğru istiqamət götürür.

18397_large_f117

Helikopterlərin havadan mühafizəsini A-10 təyyarələri, radioelektron mühafizəsini EC-130E tipli təyyarələr təmin edir, əməliyyat E-3 AWACS təyyarələrindən istiqamətləndirilir və idarə olunur.

Ən böyük problem, polkovnik-leytenant P. Zelkonun Belqrada çox yaxın bir ərazidə təyyarəsindən tullanması idi. Bölgənin hər yerinə Sovet radarları və S-125 zenit raket kompleksi batareyaları yerləşdirilmişdi.

D.Zelko Amerika Hərbi Hava Qüvvələrinin jurnalına verdiyi müsahibəsində xilasetmə əməliyyatını belə izah edir: “Havada özümə gələn kimi dərhal rabitə ilə kömək çağırışı etməyə başladım. Mənimlə ilk rabitəni NATO-ya aid E-3 AWACS təyyarəsindəki ingilis mayor Frank Graham qurdu və qısa müddətdə siqnalı aldılar. Serblər F-117 təyyarəmi vurmuşdu və atlayışdan sonra məni axtarırdılar. Serblər əminəm ki, rabitə danışığımı dinləyirdi. Enəcəyim ərazi Belgraddan 35 kilometr uzaqlıqdaydı. Yerə endiyimdə əvvəlcə paraşütümü topladım və ərazidə irəliləməyə başladım. Üzümün parlamaması üçün palçıq sürtdüm və tanançamı atışa hazır vəziyyətə gətirdim”.

Bu arada Serbiya televiziya kanalları hadisə yerindən alovlar içindəki təyyarə parçalarını bütün dünyaya canlı yayımla göstərirdi. Hadisə yerinin yaxınlığında pilotun tullandığı oturacağını və dəbilqəsini tapan serb döyüşçüləri Amerika pilotunu axtarırdılar.

Pilotun olduğu əraziyə yaxınlaşan MH-60 daha kiçik helikopter olduğundan eniş edib pilotu xilas edəcək, onun üzərində uçan MH-53 tipli iki helikopter isə havadan atəş dəstəyi təmin edəcəkdi.

Helikopterlər çox aşağıdan uçduğu üçün çətinliklə təsbit edilirdi. Ancaq daha yuxarıda olan A-10 təyyarələri radara düşürdü. Bu vəziyyətdə A-10 pilotları “chaff” atır və podları ilə qarışdırma edirdi. Daha yuxarıda uçan F-16 təyyarələri isə HARM antiradar mərmiləri ilə S-125 ZRK batareyalarına zərbələr endirirdi.

article-1365330-0D92A02B000005DC-996_634x461

Serb Ordusuna məxsus çox sayda zirehli texnika və əsgər amerikalı pilotu ələ keçirmək üçün bölgədə idi. Buna baxmayaraq, P. Zelkodan ziqnal alan MH-60 helikopteri pilotu ərazidən götürməyə nail olur. Helikopterlə Bosniya və Hersoqovinanın Tuzla şəhərinə aparılan pilot, oradan da MC-130 təyyarəsi ilə “Aviano” bazasına göndərilir.

Səhərisi gün hava işıqlananda Serbiya televiziya kanalları vurulan F-117-nin qalıqlarını göstərirdi. Bütün dünyada isə radara yaxalanmayan təyyarənin necə salındığı müzakirə edilirdi. Mətbuata açıqlama vermək məcburiyyətində qalan NATO təyyarənin vurulduğunu və pilotun qurtarıldığını bildirdi.

F-117 döyüş təyyarəsini yeni nəsil radar sistemləri təsbit edə bilmədiyi halda Belqrad yaxınlığında yerləşdirdiyi köhnə P-12 tipli radar vasitəsi ilə aşkarlanması hər kəsdə təəccüb doğururdu.

Bu hadisədən sonra, radara görünməyən F-117-lər üçün fərqli bir dövr başladı. Yaradılmasına böyük vəsaitlərin xərcləndiyi F-117 təyyarələri ilə icra olunan əməliyyat planları bir daha nəzərdən keçirildi. Bu təyyarələr 2003-cü ildə İkinci Körfəz Müharibəsində vəzifəsini tam olaraq tamamladı.

Xərclərin artması və bütcənin azalması səbəb göstərilərək 2011-ci ildə istismar müddəti başa çatması nəzərdə tutulan F-117 təyyarəsinin 2008-ci ildə istismarına son verildi.

Təyyarə vurulduqdan sonra, qalıqları Moskvaya aparılaraq araşdırıldı. Daha sonra, serbiyalıların Zagreb Aviasiya Muzeyinə təhvil verdikləri F-117 təyyarəsinin  bəzi parçaları, katapult oturacağı və P. Zelkonun dəbilqəsi bu gün həmin muuzeydə sərgilənir. Qeyd edək ki, 82-0806 nömrəli təyyarənin itkisi bu günə qədər vurulan ilk və son F-117 təyyarəsi oldu.

Çin F-117-nin qalıqlarını ələ keçirdi

ABŞ-ın sabiq müdafiə naziri Robert Qeytsin 2011-ci ildə Çinə səfəri zamanı Çin aviasiya sənayesi F-117 texnologiyasına əsaslanan J-20 “stels” təyyarəsinin ilk uçuşlarını gerçəkləşdirdi. J-20 öz növbəsində F-117 ilə bağlı daha bir sənaye casusluğu qalmaqalını da ortaya çıxardı.

“Associated Press” agentliyinə danışan, 1999-cu ildə Kosova müharibəsində iştirak etmiş, Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Davor Domazet-Loso F-117 “Nighthawk” təyyarəsinin hissələrinin Çin tərəfindən əldə edildiyini duyurub. O, çinlilərin təyyarənin qalıqlarını ərazidə təsərrüfatla məşğul olan kəndlilərdən satın aldıqlarına dair kəşfiyyat məlumatlarına sahib olduqlarını açıqlayıb.

Aşağıdakı fotolar müharibədən illər sonra əməkliyə ayrılmış D. Zelko və Z. Daninin görüşündə çəkilib. Bu gün hər iki zabit dostluq edirlər.

article-2228637-15C7CC2A000005DC-755_634x428

friends1

friends8

friendsC