17/09/2015 09:00

Dünyada ilk pilotsuz hibrid aparat istehsal olunub

Estoniyalı mütəxəssislər dünyada ilk dəfə olaraq pilotsuz yerüstü hibrid aparatı istehsal ediblər.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, yeni texnologiya Londonda keçirilən DSEI 2015 müdafiə sənayesi sərgisində nümayiş etdirilib.

Estoniyanın “Milrem” şirkəti tərəfindən istehsal olunan aparat tırtıllıdır və çoxməqsədli döyüş modulu ilə də təchiz olunub.

Aparatın mütəxəssisləri bildiriblər ki, qeyd olunan texnika döyüş meydanında bir sıra məqsədlər, o cümlədən döyüş meydanından yaralıların çıxarılmasına da xidmət edə biləcək.

Maşının çəkisi 750 kq-dır və 500 kq çəkisindəki yükü daşımaq imkanına malikdir.

Tırtılın köməyi ilə bu nəqliyyat vasitəsi istənilən şəraitdə hərəkət edə biləcək.

Hibrid maşın -60-dan +40 dərəcəyə qədər olan tempraturda işlək mexanizmlə də təchiz olunub.