27/01/2017 14:53

Dünyanın ən bahalı tankları – ARAŞDIRMA – FOTO

Artıq 100 ildir dünyada gedən bütün müharibələrin iştirakçısı olmuş tanklar hərbi sənayenin müasirləşməsinə paralel olaraq inkişaf etdirilir. Yeni tank modelləri yaradılır. Dizayn olaraq bir birinə bənzəsə də, tanklar öz manevr qabiliyyəti, silahlanması, müdafiəsinə görə fərqlənirlər. Təbii ki, hərbi sənayenin yeniliklərinin tətbiqi tankların qiymətinə də təsirsiz ötüşmür.

“AzeriDefence” dünyanın ən bahalı 10 tankını təqdim edir.

10) “Merkava” – İsrail istehsalıdır.  Qiyməti 5 milyon USD. Merkava ixrac edilmir. Döyüş çəkisi 65 ton, heyəti 4 nəfərdən ibarətdir. 1500 at gücündə mühərrikə sahib “Merkava”nın sürəti şosse yolda 64 km/saat, gediş uzaqlığı 500 km təşkil edir.

merkava

9) “Challenger 2” – İngiltərə istehsalıdır. Qiyməti 5.3 milyon USD. Çəkisi 75 ton, heyəti 4 nəfər. 1200 at gücündə mühərrikə sahib tankın sürəti şosse yolda 59 km/saat, maksimal hərəkət uzaqlığı 550 km.

celencer

8) “Type-74” – Yaponiya istehsalıdır. Qiyməti 5.4 milyon USD. Çəkisi 42 ton,   heyəti 4 nəfər. 750 at gücündə mühərrikə sahib tankın sürəti 53 km/saat, gediş uzaqlığı 300 km təşkil edir.

tip74

7) “Stridsvagn 122” – İsveç istehsalıdır. Qiyməti 5.74 milyon USD. Çəkisi 68 ton, heyəti 4 nəfər. 1479 at gücündə mühərrikə sahibdir. Sürəti 68 km/saat, gediş uzaqlığı 550 km.

Strv122_3_cropped

6) “Əl Xalid” – Pakistan istehsalıdır. Qiyməti 6 milyon USD. Çəkisi 46 ton, heyəti 3 nəfər. 1200 at gücündə mühərrikə sahib “Əl Xalid” tankının sürəti 72 km/saat, gediş uzaqlığı 500 km-dir.

elxalid

5) “Leopard 2A6” – Almaniya istehsalıdır. Qiyməti 6.74 milyon USD. Çəkisi 62 ton, heyəti 4 nəfər. 1500 at gücündə mühərrikə sahibdir. Sürəti 68 km/saat, gediş uzaqlığı 500 km-dir.

4) “Arjun” – Hindistan istehsalıdır. Qiyməti 8.3 milyon USD. Çəkisi 68 ton, heyəti 4 nəfər. 1400 at gücündə mühərrikə sahib tankın sürəti 58 km/saat, gediş uzaqlığı 400 km.

Arjun-Tank

3) “M1A2 Abrams” – ABŞ istehsalıdır. Qiyməti 8.92-9 milyon USD. Çəkisi 72 ton, heyəti 4 nəfər. 1500 at gücündə mühərriklə təchiz olunub. Sürəti 67 km/saat, gediş uzaqlığı 426 km.

abrams

2) “Leopard 2A7” – Almaniya istehsalıdır. Qiyməti 9.2 milyon USD. Çəkisi 67.5 ton, heyəti 4 nəfər. 1500 at gücündə mühərrikə ssahib tankın sürəti 72 km/saat, gediş uzaqlığı 450 km təşkil edir.

leo

1) K2 “Black Panther” – Cənubi Koreya istehsalıdır. Qiyməti 9.5 – 9.8 millyon USD. Çəkisi 55 ton, heyəti 3 nəfər. 1500 at gücündə mühərrikə sahib tankın sürəti 70 km/saat, gediş uzaqlığı 430 km-dir.

k2

 

Məlumat üçün bildirək ki, sonrakı beşlikdə 4.9 milyon USD qiymətlə T-84 “Oplot” (Ukrayna), 4.5 milyon USD qiymətlə AMX “Leclerc” (Fransa), 4.5 milyon USD qiymətlə T-90MS (Rusiya), 4,1 milyon USD qiymətlə PT-91 “Twardy” (Polşa) və 4 milyon USD qiymətlə VT-4 (Çin) tankları qərarlaşır.