19/04/2018 19:19

Dünyanın ən böyük təyyarəsi bu il ilk uçuşunu edəcək

ABŞ-ın “Stratolaunch Systems” aerokosmik şirkətinin hazırladığı “Stratolaunch” təyyarəsi 2018-ci ilin yazında ilk uçuşunu edəcək.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən xəbər verib.

Bundan əvvəl, 650 ton yük daşımaq gücü olan təyyarənin ilk uçuşunun 2019-cu ildə həyata keçirilməsi nəzərdə tutulurdu.

Dünyanın ən böyük təyyarəsi sayəsində artıq raketlər kosmosa yerdən deyil, havadan göndəriləcək. Qeyri-adi nəhəng təyyarə üç raketi eyni vaxtda daşıya biləcək.

Təyyarə il ərzində 6-10 dəfə uçuş edəcək və kosmosa göndəriləcək raketləri təxminən 11 min metrə qədər yüksəyə qaldıracaq.  Çəkisi 230 ton olan təyyarənin qanadlarının açılması 117 metr təşkil edir.