01/11/2017 10:25

Dünyanın ən hündür sərhəd zastavası görün harada yerləşir – VİDEO

Çin Xalq Respublikasında dünyada ən hündür dağ sərhəd zastavasının görüntüləri yayılıb.

“AzeriDefence”nin Çin mediasına istinadən verdiyi məlumata görə, dəniz səviyyəsindən 4665 metr yüksəklikdə yerləşən sərhəd zastavasında ekstremal şəraitə baxmayaraq hərbçilər günlük xidmət aparırlar.

Sərhəd zastavası sərt qayalıqların üzərində inşa olunub. Görüntülərdən zastava qayalar üstündə inşa edilmiş qədim qalalara bənzəyir. Yanlış bir addım orada xidmət edən əsgərin həyatına son qoya bilər.

Zastava elektrik enerjisini günəş panelləri vasitəsi ilə əldə edir. Heyət zastavaya qalxmaq və enmək üçün kənarları trosla mühafizə edilən pilləkanlardan yararlanır.

Zastavanın Çinin hansı dövlətlə sərhədində yerləşməsi barədə məlumat verilməyib.

Qeyd edək ki, bu dünyada ən hündür sərhəd zastavası kimi təqdim edilir. Keçmiş SSRİ-nin ən hündür sərhəd zastavası 4220 metr yüksəklikdə yerləşib.