30/01/2017 18:06

Dünyanın ilk atom gəmisinin istismarı başa çatıb

Dünyanın ilk atom gəmisi olan ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Enterprise”nin istismar müddəti başa çatıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Nüvə enerjisi ilə işləyən aviadaşıyıcı gəmi 50 ildən artıq bir müddətdə sırada olub.

“USS Enterprise” gəmisi bu il fevralın 3-də inşa edildiyi “Newport News” tərsanəsində keçiriləcək mərasimlə istismarına son veriləcək.