10/05/2018 22:48

“Efes-2018” təlimi yekunlaşıb – FOTO / VİDEO

Türkiyə Silahli Qüvvələrinin Doğanbəy poliqonunda “Efes-2018” çoxmillətli hərbi təliminin döyüş atışlı növbəti mərhələsi keçirilib.

“AzeriDefence”nin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, bu gün təlimin yüksək səviyyəli müşahidəçilər günü olub.

Təlimi Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi ilə yanaşı Azərbaycanın müdafiə naziri, Bosniya-Hersoqovina, Gürcüstan, Qətər, Qazaxıstan, Küveyt, Nigeriya, Özbəkistan, Rumıniya və Sudanın Baş Qərargah rəisləri, Səudiyyə Ərəbistanı Krallıq Dəftərxanasının katibi və Terrora qarşı İslam Koalisiyasının komandanı (Pakistanın keçmiş Quru Qoşunları komandanı) izləyib.

Təlimə Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Sahil Mühafizə Komandanlığı ilə yanaşı 23 ölkədən 800-dən çox hərbçi qatılıb.

Qeyd edək ki, təlimdə Azərbaycan Ordusunun 100-dən çox hərbi qulluqçusu da iştirak edir.