01/12/2017 16:34

Əfqanıstan prezidenti: NATO qüvvələrinin marşrutu kəsildiyi zaman Azərbaycan öz hava dəhlizini açdı

NATO qüvvələrinin marşrutu kəsildiyi zaman Azərbaycan Əfqanıstana öz hava dəhlizini açıb.

“AzeriDefence”nin məlumatına görə, bunu Bakıda rəsmi səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni geniş tərkibli görüşdə deyib.

Əfqanıstan prezidenti böyük nailiyyətlərlə bağlı prezident İlham Əliyevi təbrik edib və illər boyu Azərbaycanın verdiyi dəstəyə görə Əfqanıstan xalqı adından dövlət başçısına minnətdarlığını bildirib.

“NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz öz hava dəhlizinizi açdınız. Bakının gözəlləşdirilməsinə, onun yüklərin sürətli çatdırılma mərkəzinə çevrilməsinə böyük həcmdə resurslar ayırdınız. İndi isə artıq Lapis-Lazuli sazişi imzalanıb”, – deyə prezident Məhəmməd Əşrəf Qəni vurğulayıb.