19/04/2018 15:21

Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

2018-ci ildən etibarən beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə “Qətiyyətli Dəstək” missiyasının müxtəlif qərargahlarında 6 zabit, eləcə də 2 hərbi həkim olmaqla Azərbaycan sülhməramlılarının sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılıb.