02/03/2018 16:49

“Ehtiyat zabit hazırlığı kursu”nda buraxılış imtahanları keçirilib – FOTO

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”nda iştirak edən şəxsi heyətin buraxılış imtahanı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən imtahanlarda kursantlardan fiziki hazırlıq üzrə məqbullar qəbul edilib, onların nəzəri bilikləri yoxlanılıb və müxtəlif çaplı silahlardan atış normativləri yerinə yetirilib.