02/04/2019 13:50

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib – FOTO

Əlahiddə Ümumqoşun Orduda növbəti gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə oxunduqdan sonra müvafiq kurslar üzrə yüksək nəticə göstərən məzunlara sertifikat və qiymətli hədiyyələr, digər məzunlara isə sertifikatlar təqdim edilib.

Kurs birinciləri tərəfindən xatirə lövhələrinə buraxılış emblemləri vurulub.

Yeni xidmət yerlərinə yollanacaq məzunlar tribuna önündən təntənəli keçid ediblər.